Santi Mina zorlamaya görə həbsə məhkum edildi

İspaniyanın gənclərdən ibarət yığmasının və “Selta”nın sabiq futbolçusu Santi Mina 4 il müddətinə azadlıqdan məhrum edilib.

Arena.az bu barədə “Marca”ya istinadən məlumat verir.

Xatırladaq ki, 2022-ci ilin mayında ispan futbolçu 2017-ci ildə baş vermiş zorlamada hadisərində təqsirli bilinib. Təcavüzkar 4 il müddətinə azadlıqdan məhrum edilib və qanunun ona verdiyi icazə əsasında apellyasiya şikayəti verib.

Ötən gün Əndəlüs Ali Məhkəməsinin Mülki və Cinayət İşləri Palatasının apellyasiya şöbəsi Santi Minanın cəzasının qüvvədə saxlanılması barədə qərar qəbul edib.

Apellyasiya hökmü yalnız mənəvi ziyana görə təzminatın məbləği dəyişib – Mina zərərçəkmişə 50 min avro əvəzinə 25 min avro ödəməyə icbar edilib. Santi Minanın qərardan İspaniya Ali Məhkəməsinə şikayət etmək hüququ var.

Santi Mina ötən mövsümdə Səudiyyə Ərəbistanının “Əl-Şəbab” klubunda icarə əsasında çıxış edib.

Hazırda Mina “Selta”nın bazasında fərdi surətdə məşq edir. Klub hücumçuya əcnəbi komandaya icarəyə getməyi və ya müqaviləyə xitam verməyi təklif edib. Mina bu variantların hər ikisindən imtina edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: