“Latsio”nun baş məşqçisi Mauritsio Sarri Çempionlar Liqasının 6-cı turunda “Atletiko”ə məğlub olduqları səfər oyununu (0:2) şərh edib.
Arena.az “Marca” nəşrinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Komandamdan nə gözləyirdim? Bütün oyunlarda bəzi oyunçulardan narazı qalırsan, bu, adidir. Bu stadionda dörd qol imkanı yaradacağımızı gözləmirdim. “Atletiko” bizim səhvimiz müqabilində qol vurdu, biz isə onların səhvlərindən istifadə edə bilmədik”, deyə Sarri bildirib.
Qrup mərhələsinin yekunlarına əsasən, “Atletiko” 14, “Latsio” 10 xal toplayaraq, turnirin ələmə mərhləsinə vəsiqə qazanıb. “Feyenoord” 6 xalla Avropa Liqasına, “Seltik” isə 4 xalla evə yollanıb.


