“Latsio”nun italyan baş məşqçisi Maurisio Sarri “Roma”nın portuqal baş məşqçisi Joze Mourinyoya münasibətindən danışıb.
Arena.az bu barədə “La Gazzetta dello Sport”a istinadən məlumat verir.
Xatırladaq ki, A Seriyasının 12-ci turu çərçivəsində Roma derbisi baş tutub və oyun “quru” hesabla başa çatıb – 0:0.
“Oyundan əvvəl Mourinyo ilə yollarımız kəsişdi. Mən ona dedim ki, sən güngörməzimdə tilişkəsən. O da cavabımı verdi: “Ümumiyyətlə, elə, sən də”. Amma əslində biz bir-birimizi sevirik. Mən bir insan kimi Mourinyonu bəyənirəm. Ancaq bir xasiyyət və məşqçi kimi – daha az”, deyə Sarri bildirib.
Xatırladaq ki, mütəxəssislər daha əvvəl İngiltərədə qarşılaşıblar. Sarri 2018/2019 mövsümündə “Çelsi”ni çalışdırdığı müddətdə Mourinyo “Mançester Yunayted”in sükanı arxasında idi. “Stemford Bric”də baş tutmuş oyundan (2:2) sonra “zadaganlar”ın azarkeşləri portuqal mütəxəssisi fitə basmışdılar. O zaman “Mour” üç barmağını havaya qaldıraraq kütləni cavablamışdı.
Hazırda Sarrinin çalışdırdığı “Latsio” 12 turdan sonra A Seriyasının turnir cədvəlində 17 xalla 10-cu pillədə yer alıb. “Mour”un “canavarları isə 18 xalla 7-ci pillədə qərarlaşıblar. İtaliya çempionatına 31 xalla “İnter” başçılıq edir.


