İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda Danimarka yığması ilə oyunu (1:1) şərh edib.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, ingilis mütəxəssisin bu barədə fikirlərini təqidm edir:
“Aydındır ki, oyunumuz gözlədiyimiz qədər yaxşı alınmadı. Hazırda topu yaxşı idarə etmirik və fərqli oyun səviyyəsinə çatmağımız gərəkdir. Komandalara bu iki oyunda olduğundan daha yaxşı təzyiq göstərməliyik. Hazırda istədiyimiz qədər yaxşı oynamırıq.
Oyunun gedişini idarə etmək üçün var gücümüzlə çalışdıq, amma bu, gərgin oyuna səbəb oldu. Yarışda daha da irəli getmək istəyiriksə, daha yaxşı olmalıyıq.
Biz iki çıxışı diqqətlə təhlil etməli və qarşımızda duran fəsadların həlli yolunu arayıb tapmalıyıq. Yaxın günlərdə buna vaxt ayıracağıq. Səviyyənin daha yüksək olmasını istəyirik”, deyə Sautqeyt vurğulayıb.
2-ci turdan sonra “C” qrupunun yarış cədvəli belə mənzərə yaradır:
- İngiltərə – 4 xal
- Danimarka – 2 xal
- Sloveniya – 2 xal
- Serbiya – 1 xal


