İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt AÇ-2024-ün 1-ci turunda Serbiya yığması ilə oyunu (1:0) şərh edib.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, ingilis mütəxəsssin bu barədə fikirlərini təqdim edir:
“Serbiya yığması güclü komandadır. Azacıq əziyyət çəkməli olduq, məncə, bu, bizim üçün həqiqətən faydalıdır.
Oyunun çox hissəsindən, xüsusən də birinci hissədən çox razı qaldım. Biz topa yaxşı nəzarət edirdik. İkinci hissədə istədiyimiz kimi oynamadıq, amma qələbə qazanmaq və əldə etdiyimiz nəticəyə nail olmaq həqiqətən vacibdir”, deyə Sautqeyt vurğulayıb.
1-ci turdan sonra İngiltərə yığması 3 xalla “C” qrupuna başçılıq edir. Danimarka və Sloveniya yığmaları 1 xalla müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşürlər. Serbiya yığması isə xalsızdır və qrupda sonuncu, 4-cü yerdə qərərlaşıb.


