Sautqeyt Serbiya yığmasının güclü tərəflərini açıqladı

İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt AÇ-2024-də Serbiya yığması ilə oyun ərəfəsində rəqibin güclü tərəflərini açıqlayıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, ingilis mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Çox çətin, çox. Onların yaxşı fərdi oyunçuları və fantastik komanda ruhu var. Bilirik ki, bu, bizim üçün çətin bir açılış oyunudur və bu oyunda qalib gəlmək üçün əlimizdən gələni etməliyik. Draqan Stoykoviçin müxtəlif seçimləri var, biz bilirik ki, onlar müxtəlif üslublarda oynaya bilirlər və onların hücumçuları ixtiyari komandaya fəsadlar yarada bilərlər. Onların müəyyən bir oyun üslubu var. Güclü tərəflərimizin öhdəsindən gəlməyi bacarmalı və rəqibimizin zəif cəhətlərindən istifadə etməyə çalışmalıyıq”, deyə Sautqeyt vurğulayıb.

Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin 1-ci turunda “C” qrupunda Serbiya – İngiltərə oyunu bu gün, iyunun 16-da Gelzenkirxenin “Feltins-Arena” stadionunda keçiriləcək. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: