Sautqeyt Slovakiya yığması üzərində qələbəni şərh etdi

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt AÇ-2024-ün 1/8 finalında Slovakiya yığması üzərində qələbəni (2:1) şərh edib.

Arena.az xatırladır ki, İngiltərə yığması oyunun əsas vaxtına artırılmış təzminat müddətində bərabərlik qolu vuraraq, oyunu əlavə vaxta daşıyıb və burada 2:1 hesablı qələbəni qopara bilib.

“Oyunçularımla və bu gün göstərdikləri xasiyyətlə çox qürur duyuram. Meydana çıxan bütün uşaqlar öz rolunu oynadılar və bu maneəni dəf etməyimizə kömək etdilər. Bu oyunçular bu gün olduğu kimi, həmişə bir-birini sövq edir, bir-birlərinə yardım edirdilər və bu, öz nəticəsini verdi.

Sona qədər məndə belə bir duyğu vardı ki, oyunun taleyi hələ həll edilməyib və bilirəm ki, indi bu, gülməli səslənir, amma biz bunu sıxıb çıxardıq”, deyə Sautqeyt bildirib.

Yarışın 1/4 finalına yüksəlmiş İngiltərə yığması bu mərhələdə İsveçrə yığması ilə qarşılaşacaq. Slovakiya yığması isə fəxrlə evə qayıdır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: