İnternetdə Leverkuzen “Bayer”inin baş məşqçisi, ispan mütəxəssis Xabi Alonsonun adına saxta sosial şəbəkə hesabı peyda olub.
Arena.az bu barədə “Fanatik” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, saxta hesab Xabi Alonsonun adından Liverpula təyyarə bileti üçün pul toplayır.
Xatırladaq ki, Alonsonun adı cari mövsümün sonunda “Liverpul”dan ayrılacağını elan etmiş alman mütəxəssis Yurgen Klopun vəzifəsinə əsas namizədlərdən biri kimi hallanır. Xabi Alonso futbolçu kimi 5 ilini “Enfild”də keçirib. “Qırmızılar”la birlikdə Xabi Alonso Çempionlar Liqasının və İngiltərə Kubokunun qalibi olub.
Xabi Alonso “Bayer”i 2022-ci ilin oktyabrından çalışdırır. İspan mütəxəssisin alman klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədən qüvvədədir.
Hazırda Xabi Alonsonun “Bayer”i 19 oyundan 49 xalla Bundesliqanın lideridir.


