Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov AÇ-2024-ün seçmə mərhələsində İtaliya yığmasının qapısına təyin edilməmiş penaltidən danışıb.
Arena.az məlumat verir ki, oyunun əsas vaxtına əlavə edilmiş 3-cü təzminat dəqiqəsində (90+3) baş hakim Xesus Xil Mansano Mixaylo Mudrikə qarşı aşkar kobud oyuna görə, İtaliya yığmasının qapısına penaltı təyin etməyib.
İlk baxışdan baş hakim Mansanonun məqamı görməzdən gəldiyi vurğulanır:
“Məndə VAR yoxdur, onu nəzərdən keçirə bilmərəm. Duyğusal olaraq penalti olduğunu düşünürəm, amma yəqin ki, hakim VAR-a baxıb qərar verdi. Mən oyunçulara yalnız bu an üçün deyil, sonda həqiqətən də bu oyunda qələbəni qoparmağa çalışdıqları üçün təşəkkür edirəm. Hələlik heç bir nəticə vermədi, amma mən bu komanda ilə gələcəyə nikbin baxıram”, – Sergey Rebrov matçdan sonrakı mətbuat konfransında bildirib.
Ukraya yığması ilə “quru” oyun (0:0) sayəsəində İtaliya yığması 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqəsini təmin edə bilib. 8 turdan sonra italyanlar 14 xal toplayaraq, “C” qrupunda 2-ci olublar. Ukrayna yığması isə italyanlarla eyni miqadarda, 14 xal toplayaraq 3-cü pillədə qərarlaşıb və Millətlər Liqasının nəticələrinə görə, vəsiqə qazandığı pley-offda Avropa çempionatına vəsiqə uğrunda mübarizə aparacaq. İngiltərə yığması isə 20 xalla qrupu lider olaraq tamamlayıb.


