Futbol üzrə Moldova çempionatında cari mövsümün çempionu müəyyənləşib.
Arena.az xəbər verir ki, “Şerif” 2020/21 mövsümünün qalibi olub.
Tiraspol təmsilçisi təmsilçisi “Milsami”yə 6:0 hesabı ilə qalib gələrək yarışın bitməsinə 4 tur qalmış rəqibləri üçün əlçatmaz olub.
Beləliklə, komanda tarixində 19-cu dəfə ölkə çempionu adına yiyələnib. Bu baxımdan tiraspollular Moldova rekordçusudu. “Şerif”in ən yaxın izləyicisi isə 8 dəfə çempion olmuş “Zimbru”dur.


