Yamaykalı yüngül atlet Şerika Cekson 200 metr məsafəyə qaçışda dünya çempionatının rekordunu vuraraq tarixdə ikinci göstəriciyə imza atıb.
Arena.az xəbər verir ki, Cekson 21,41 saniyə göstəricisi ilə qızıl medalı qazanıb.
Gümüş medalı 21,81 saniyə göstəricisi ilə amerikan atlet Qabriel Tomas, bürünc medalı isə 21,92 saniyə göstəricisi ilə onun həmyerlisi Şa’Karri Riçardson qazanıb.
Xatırladaq ki, qadınların 200 metr məsafəyə qaçışında dünya rekordu ABŞ təmsilçisi Florens Qriffit-Joynerə məxsusdur. Qriffit-Joynerin 1988-ci ildə müəyyən etdiyi 21,34 saniyə göstəricisi hələ də əlçatmazdır.
2023 Dünya çempionatı. 200 metr məsafəyə qaçış. Qadınlar:
- Şerika Cekson (Yamayka) – 21,41 saniyə;
- Qabriel Tomas (ABŞ) – 21,81 saniyə;
- Şa’Karri Riçardson (ABŞ) – 21,92 saniyə.
Avqustun 19-da başlamış yüngül atletika üzrə dünya çempionatına ayın 27-də yekun vurulacaq.


