Şevçenko: “Onlar beynəlxalq yarışlarda çıxış etməməlidirlər”

Veteran futbolçu Andrey Şevçenko rusiyalı və belarusiyalı idamançıların beynəlxalq yarışlarda iştirakının əleyhdarı olduğunu bildirib.

Arena.az bu barədə “Sky” dərgisinə istinadən xəbər verir.

Ukrayna yığmasının sabiq hücumçusu və keçmiş baş məşqçisinin fikrincə, Rusiya və Belarus idmançıları Ukraynadakı münaqişə bitənə qədər beynəlxalq səviyyədə yarışmamalıdırlar.

Şevçenkonun bu xüsusda müsahibəsindən məqamı diqqətinizə çatdırırıq:

“Mənim mövqeyim çox aydındır. Heç bir Rusiya və ya Belarus idmançısı (beynəlxalq – redaktorun qeydi) yarışlarda çıxış etməməlidir”.

Xatırladaq ki, Andrey Şevçenko 2004-cü il mövsümünün “Qızıl Top” mükafatının qalibidir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: