“Sevilya” “Barselona”nı məğlub yola saldı

Futbol üzrə İspaniya kubokunda yarımfinal mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“Sevilya” doğma meydanda “Barselona” ilə qarşılaşıb. Meydan sahibləri bu görüşdə inamlı qələbəyə seviniblər.

Digər yarımfinal görüşü “Atletik”lə “Levante” arasında keçiriləcək.

Qeyd edək ki, yarımfinal görüşləri ev-səfər prinsipi ilə keçirilir. Cavab görüşləri martın əvvəlində təşkil olunacaq.

İspaniya kuboku
Yarımfinalın ilk oyunları

10 fevral

Sevilya – Barselona 2:0
Qol: Kunde, 25. Rakitiç, 85.

11 fevral

00:00. Atletik – Levante