“Sevilya” səfərdən 1 xalla döndü

Futbol üzrə İspaniya La Liqasında 27-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış oyununda “Sevilya” “Alaves”in qonağı olub. Bu görüşdə qapılara qol vurulmayıb.

“Real” “Santyaqo Bernabeu”da “Real Sosyedad”la münasibətlərinə aydınlıq gətirəcək. Hər iki komanda La Liqada son iki turu qələbəylə başa vurub.

5 oyundur çempionatda məğlub olmayan “Barselona” “Elçe” səfərinə yollanacaq.

Çempionlar Liqası zonasından uzaqlaşmaq istəməyən “Atletiko” isə “Betis”lə səfər matçından sərfəli nəticə ilə dönməyə çalışacaq.

İspaniya La Liqası
27-ci tur
4 mart

Alaves – Sevilya 0:0

5 mart

17:00 Osasuna – Vilyarreal
19:15 Espanyol – Xetafe
21:30 Valensiya – Qranada
00:00 Real – Real Sosyedad

6 mart

17:00 Kadis – Rayo Valyekano
19:15 Elçe – Barselona
21:30 Selta – Malyorka
00:00 Betis – Atletiko

7 mart

00:00 Atletik – Levante

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: