Sidiki Şerif “Fənərbağça”nı “Koventri Siti”yə dəyişdi

Türkiyənin “Fənərbağça” klubunun hücumçusu Sidiki Şerif bundan sonrakı karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Arena.az xəbər verir ki, fransalı forvard Premyer Liqanın yeni təmsilçisi “Koventri Siti”yə keçib.

Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. İngiltərə klubu bu transfer üçün “Fənərbağça”ya 24,5 milyon avro ödəyib. 19 yaşlı forvardla uzunmüddətli müqavilə imzalanıb.

Xatırladaq ki, “Fənərbağça” Sidiki Şerifi bu ilin yanvarında Fransanın “Anje” klubundan18 milyon avroya transfer etmişdi. 19 yaşlı forvard Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 3 qol vurub və 1 məhsuldar ötürmə verib.

Sidiki Şerif “Anje”nin yetirməsidir. O, 1 təmsilçisinin heyətində 20 rəsmi matçda 4 qol vurub.

“Transfermarkt” internet-portalı 19 yaşlı hücumçunun transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: