Simon Minyole Belçika yığmasından getdiyini açıqladı

Hazırda “Brügge”nin formasını geyinən belçikalı qapıçı Simon Minyole milli komandadakı karyerasını başa vurub. Arena.az xəbər verir ki, o, bu qərarını sosial şəbəkə hesabındakı bu paylaşımla açıqlayıb:

“Bəzən çətin qərarlar verməli oluruq. 13 il ölkəmin uğurları üçün oynadıqdan sonra Belçikanın “qırmızı şeytanlar”ı ilə vidalaşmalı oluram. Bütün komanda yoldaşlarıma, azarkeşlərə, personala, hər kəsə təşəkkür edirəm”.

Simon Minyole 2011-ci ildən Belçika milli komandasında çıxış edirdi. Minyole yığmanın heyətində 35 oyun keçirib ki, bunların 10-da qapısının toxunulmazlığını qorumağı bacarıb. 35 yaşlı qolkiper DÇ-2018-də bürünc medal qazanıb.

Minyole peşəkar karyerasına “Sent Trüden”də (104 oyun) başlayıb. O, daha sonra “Sanderlend” (101 oyun) və “Liverpul” (204 oyun) kimi Premyer Liqa klublarının uğurları üçün çalışıb. Belçikalı qapıçı 2019-cu ildən “Brügge”nin formasını geyinir. O, bu komandada indiyə qədər 180 matça çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: