Solbakken: “İspanların qolunda aşkar ofsayd var idi”

Norveç yığmasının baş məşqçisi Stole Solbakken hesab edir ki, komandası İspaniya yığmasına ədalətsizlik üzündən uduzub.

Arena.az bu barədə VG dərgisinə istinadən məlumat verir.

Xatırladaq ki, AÇ-2024-ün təsnifat mərhələsinin “A” qrupunun 6-cı turu çərçivəsində keçirilmiş səfər oyununda, İspaniya yığması Norveç kollektivi üzərində minimal hesablı qələbə (1:0) qazanaraq, turnirin final mərhələsinə vəsiqəsini təmin edib. Məğlub olmuş norveçlilər isə Avropa çempionatının final mərhələsində iştirak imkanından məhrum olublar:

“Qol aşkar oyundankənardan sonra vuruldu. Qavi (qol zərbəsindən əvvəl – redaktorun qeydi) topdan tullanır və yarım metr məsafədə oyundankənara soxulur”, deyə Solbakken oyunsonrası mətbuat konfransında bildirib.

Xatırladaq ki, oyununu Tobias Ştilerin rəhbərlik etdiyi, Almaniyadan olan hakimlər briqadası idarə edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: