Son 10 ilin ən yaxşı futbolçuları seçildilər – Messi və Ronaldo

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Avropada və Cənubi Amerikada son 10 ilin ən yaxşı futbolçularını açıqlayıb.

Arena.az İFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, Avropada Portuqaliya yığmasının və “Yuventus”un hücumçusu Kristiano Ronaldo ən yaxşı seçilib.

“Real”ın və İspaniya millisinin müdafiəçisi Serxio Ramos “köhnə qitə”nin ən yaxşı ikinci oyunçusu elan edilib. “Bavariya”nın və Almaniya millisinin qapıçısı Manuel Noyer isə üçüncü yerə layiq görülüb.

Cənubi Amerikada isə Argentina millisinin və İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi birinci olub.

Braziliya yığmasının və Fransa çempionu PSJ-nin hücumçusu Neymar son 10 ilin ən yaxşı ikinci futbolçusu seçilib. Hazırda Braziliyanın “San Paulo” komandasında oynayan müdafiəçi Daniel Alveş isə üçüncü yerlə kifayətlənib.