İtaliya yığmasının baş məşqçisi Luçano Spalletti Ukrayna millisi ilə AÇ-2024-ün seçmə mərhələsi 10-cu tur oyunundan gözləntilərini paylaşıb.
Arena.az italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Keçilmiş yol eyni olub. Xallar bərabərdir. Favorit olmayacaq. Düşünürəm ki, Rebrov oyuna çox yaxşı hazırlaşıb. Ukrayna açıq hücum futbolu oynayacaq. Mənim hücumum? Mənim oyunçu seçimim var. Mən edəcəyəm.
Bizim müəyyən üslubumuz var. Biz bunu nümayiş etdirəcəyik. Biz diqqətli olmalıyıq, çünki Ukrayna çox bacarıqlı komandadır. Rəqibin sürətli yenidənqurulmaları zamanı uduzmamalıyıq”, deyə Spalletti bildirib.
İtaliya – Ukrayna oyunu bu gün – noyabrın 20-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
“C” qrupunda 9 turdan sonra hər iki kollektivin 13 xalı var, İtaliya yığması 2-ci, Ukraya millisi 3-cü pillədə qərarlaşıb. İtalyanlar daha yaxşı top fərqinə malikdirlər və həmçinin “Milan”da keçirilmiş ilk oyunda ukraynalıları 2:1 hesabı ilə məğlub edə biliblər. “Skuadra adzurra”ya Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün heç-heçə də kifayət edir. Ukrayna millisi isə döyüşməli olacaq və ancaq qələbəyə oynayacaq. “C” qrupun lideri isə 19 xalla turnirə vəsiqəsini vaxtından əvvəl təmin etmiş İngiltərə yığmasıdır.


