Stefano Pioli “Əl-Nəsr”i tərk etdi – “Fiorentina”ya görə

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının baş məşqçisi, italiyalı mütəxəssis Stefano Pioli vəzifəsindən istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliya millisinin ulduz futbolçusu Kristiano Ronaldonun da çıxış etdiyi klub italiyalı mütəxəssislə yanaşı, onun köməkçiləri ilə də vidalaşıb.

Stefano Pioli ötən ilin sentyabrında “Əl-Nəsr”ə baş məşqçi təyin olunmuşdu. Komanda 2024/2025 mövsümündə çempionatı üçüncü sırada bitirib. Pioli bu komandanı bütövlükdə 44 oyuna çıxarıb, 28 qələbə, 7 heç-heçə və 9 məğlubiyyət görüb.

Piolinin “Əl-Nəsr”lə 2027-ci ilin 30 iyununadək müqaviləsi mövcud idi.

Onu da qeyd edək ki, Piolinin bundan sonra “Fiorentina”ya rəhbərlik etməsi gözlənilir. Tərəflərin artıq bütün məsələlərdə razılığa gəldiyi bildirilir.

59 yaşlı mütəxəssis daha öncə “Salernitana”, “Modena”, “Parma”, “Qrosseto”, “Pyaçentsa”, “Sassuolo”, “Kyevo”, “Palermo”, “Bolonya”, “Latsio”, “İnter”, “Fiorentina”, “Milan” kimi komandalara rəhbərlik edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: