“Milan”ın baş məşqçisi, italyan mütəxəssis Stefano Pioli Çempionlar Liqasında Dortmund “Borussiya”sı ilə matçın (1:3) nəticəsinə yekun vurub.
Arena.az “Football Italia” dərgisinə istinadən, Piolinin müvafiq xüsusda fikirlərini təqdim edir:
“Biz oyunu ssenarimizə uyğun idarə edə bildiyimiz halda məğlub olduq. Penalti məqamında belə idi, onların ikinci qoluna bir dəqiqə qalmış belə idi, əks-hücum nəticəsində önə keçə bilərdik, amma bacarmadıq.
Qol vurmayanda və dərhal qol buraxanda bu, ruhunu pozur. Tşaunun itkisi təbii ki, müdafiənin tarazlığına təsir etdi. Daha yaxşı müdafiə olunmalıydıq.
İmkanlar yarada bildik və bunun baş verəcəyini də bilirdik. Elə vəziyyətlər vardı ki, biz tərəzini öz xeyrimizə çevirməli idik, əvəzində isə daha dəqiq, daha sakit hərəkət edən, imkanlarından daha yaxşı istifadə edən rəqibimizə təkan verildi.
Məyusedici bir axşamdır. Biz bilirik ki, bizim böyük fürsətimiz vardı və bu, bizə ağır gəlir. İndi bizim vəzifəmiz Nyukasla yollanmaq, yaxşı oyun keçirmək və qalib gəlməyə çalışmaqdır. Hələ irəli getmək üçün kiçik imkanımız var”, deyə Stefano Pioli ümidlə bildirib.
Hazırda “Milan”ın yer aldığı “F” qrupuna 10 xalla “Borussiya” başçılıq edir. Almaniya komandası ələmə mərhələsinə vəsiqəsini təmin edib. PSJ-nin 7 xalı, “Nyukasl” və “Milan”ın isə 5 xalı var. Göründüyü kimi, qrup ikinciliyi uğrunda qızğın mübarizə sonuncu, 6-cı tura qalıb.
“Milan” dekabrın 14-də səfərdə “Nyukasl”la ölüm-dirim mübarizəsinə çıxacaq. İlk oyunda tərəflər “quru” sülhlə ayrılıblar – 0:0. Buna rəğmən, komandaların taleyi öz əllərində deyil, belə ki, PSJ “Borussiya”ya qalib gələcəyi halda növbəti mərhələyə vəsiqəsini təmin etmiş olacaq. Hətta “rossoneri” ilə “sağsağanlar”ın sülhlə ayrılacağı halda da parisliləri almanlara məğlub olub növbəti mərhələyə adlamaq imkanı aydın görünür.


