Steven Berqeys “Feyenoord”u “Ayaks”a dəyişdi

Futbol üzrə Niderland yığmasının yarımmüdafiəçisi Steven Berqeys “Feyenoord”dan ayrılıb. Arena.az xəbər verir ki, 29 yaşlı vinger bundan sonra karyerasını “Ayaks”da davam etdirəcək.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Bu komandanın əzəli rəqibi olan “Feyenoord”un kapitanı ilə 4 illik müqavilə imzalanıb.

Steven Berqeys 2016-cı ildən “Feyenoord”da çıxış edirdi. O, ötən mövsüm meydana çıxdığı 41 oyunda 21 qolla komandanın bombardiri olub. Niderlandlı futbolçu bu oyunlarda 16 məhsuldar ötürməyə də imza atıb. Vinger bu komandada bütövlükdə 199 matça çıxıb, 87 qol vurub.

“Tvente”nin yetirməsi olan Berqeys, peşəkar karyerasına da bu komandada başlayıb. O, sonralar “Venlo”, “Alkmaar”, “Uotford” klublarının da formasını geyinib. Niderland yığmasında 28 matça çıxan futbolçu, 2 qolla yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: