“Əl-İttifaq”ın baş məşqçisi Stiven Cerrard “Liverpul”un hücumçusu Məhəmməd Salahı sevimli futbolçusu adlandırıb.
Arena.az “Goal” portalına istinadən məlumat verir ki, buna rəğmən, Cerrard Salahı Səudiyyə Ərəbistanına transfer etməyə çalışmayacağına söz verib:
“Məhəmməd Salah mənim sevimli oyunçumdur. Mən “Liverpul”u sevirəm, ona görə də Salah olduğu yerdə qalacaq”, deyə Cerrard vurğulayıb.
“Liverpul”un sabiq yarımmüdafiəçisi və kapitanı Stiven Cerrard məşqçilik karyerasına 2017-ci ildə “Liverpul”un gənclər sistemində (U-18/U-19) başlayıb. Daha sonra ingilis mütəxəssis 2019-2021-ci illərdə Qlazqo “Reyncers”ini çalışdırıb. 2021/2022 mövsümündə “Aston Villa”nı çalışdıran Cerrard 2022-ci ilin oktyabrında qeyri-qənaətbəxş nəticələrinə görə istefaya göndərilib. İngilis məşqçi 2023-cü ilin iyulunda Səudiyyənin “Əl-İttifaq” klubu ilə müqavilə imzalayıb.


