“Sumqayıt” 2024/2025 mövsümünün hazırlığına başladı

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Sumqayıt” bu gün 2024/2025-ci illər mövsümünün hazırlığına start verib.

Arena.az bu barədə Sumqayıtın eyniadlı klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Samir Abasovun rəhbərlik etdiyi komanda bu gün “Sumqayıt Arena”da ilk məşqinə çıxıb. Komandanın yeni mövsümə və Konfrans Liqasına hazırlıq planının necə olacağı tam açıqlanmır.

Qeyd edək ki, “Sumqayıt”ın Avropa Konfrans Liqasındakı rəqibinin kimliyinə sabah – iyunun 19-da aydınlıq gələcək. UEFA-nın İsveçrədəki mənzil qərargahında keçiriləcək püşkatma mərasimində adıçəkilən turnirin ikinci təsnifat mərhələsindəki bütün qarşılaşmalar məlum olacaq.

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 25-də, cavab görüşləri isə avqustun 1-də keçiriləcək.