Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sumqayıt” Türkmənistanın “Nebitçi” komandası ilə yoxlama oyunu keçirəcək.
Arena.az xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Türkmənistan təmsilçisi hazırda ölkəmizdə təlim-məşq toplanışındadır. Sözügedən komanda hazırlıq prosesi çərçivəsində yoxlama oyunu da keçirməyi planlaşdırır. “Nebitçi”nin ilk rəqibi Sumqayıtın eyniadlı təmsilçisi olacaq.
Fevralın 28-də “Sumqayıt Arena”da reallaşacaq bu oyuna saat 16:00-da start veriləcək.


