“Sumqayıt” sabah “Sivasspor”la qarşılaşacaq

2023/2024 mövsümünə hazırlığı Türkiyədə davam etdirən “Sumqayıt” sabah qardaş ölkədə ilk yoxlama oyununu keçirəcək.

Arena.az xəbər verir ki, baş məşqçi Samir Abasov yetirmələrini Türkiyə Super Liqasında mübarizə aparan “Sivasspor”la oyunda sınaqdan keçirəcək.

Ərzurum şəhərindəki “Yüksek İrtifa” məşq mərkəzinin stadionunda baş tutacaq qarşılaşmaya yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00) start veriləcək.

Xatırladaq ki, “Sivasspor” daha öncə Ərzurumda Azərbaycanın digər təmsilçisi “Səbail”lə də yoxlama oyunu keçirib. Həmin oyunda qalib müəyyənləşməyib – 1:1.

İyulun 17-dən Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt”ın Ərzurumdakı hazırlıq prosesi ayın 27-nə qədər davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: