“Sumqayıt” “Sivasspor”a məğlub oldu

2023/2024 mövsümünə hazırlığı Türkiyədə davam etdirən “Sumqayıt” bu gün qardaş ölkədə ilk yoxlama oyununu keçirib.

Arena.az xəbər verir ki, baş məşqçi Samir Abasov yetirmələrini Türkiyə Super Liqasında mübarizə aparan “Sivasspor”la oyunda sınaqdan keçirib.

Ərzurum şəhərindəki “Yüksek İrtifa” məşq mərkəzinin stadionunda baş tutan qarşılaşma Türkiyə təmsilçisinin qələbəsi ilə başa çatıb – 1:0.

Xatırladaq ki, “Sivasspor” daha öncə Ərzurumda Azərbaycanın digər təmsilçisi “Səbail”lə də yoxlama oyunu keçirmişdi. Həmin oyunda qalib müəyyənləşməmişdi – 1:1.

İyulun 17-dən Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt”ın Ərzurumdakı hazırlıq prosesi ayın 27-nə qədər davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: