“Sumqayıt” “Soqdiana”ya qalib gəldi

2023/2024 mövsümünün ikinci yarısına Türkiyənin Antalya şəhərində davam etdirən “Sumqayıt” bu gün sonuncu yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, Samir Abasovun komandası Özbəkistan təmsilçisi “Soqdiana” ilə qarşılaşıb.

Sumqayıtlıların baş məşqçisi Samir Abasov bu oyunda aşağıdakı heyətə güvənib: 1. Mehdi Cənnətov, 5. İsa Suliman, 7. Rövlan Muradov, 8. Səbuhi Abdullazadə, 9. Erik Sorqa, 11. Kazimir Ninqa, 12. Abu Dosso, 14. Elvin Bədəlov (k), 17. Murad Xaçayev, 19. Roi Kehat, 71. Masaki Murata.
Bu oyunçular isə matça ehtiyatda başlayıblar: Orxan Sadıqlı, Murad Ağamalıyev, Nemət Şıxəmirov, Kamran Əliyev, Tural Axverdiyev, Ayxan Süleymanlı, Nihad Əhmədzadə, Kamran Quliyev, Sənan Muradlı, Uğur Cahangirov, Tresor Mossi, Nadir Orucov.

Qarşılaşma sumqayıtlılar üçün uğurlu alınıb. Dörd qolun qeydə alındığı matçda Azərbaycan təmsilçisi 3:1 hesablı qələbəyə sevinib – 3:1.

Sumqayıtlıların qollarına İsa Suliman, Rövlan Muradov və Kamran Quliyev imza atıblar.

Bununla da “Sumqayıt”ın Antalya toplanışı başa çatıb. Komanda sabah səhər saatlarında Azərbaycana qayıdacaq.

Xatırladaq ki, “Sumqayıt” yanvarın 12-də Türkiyədə keçirdiyi ilk yoxlama oyununda Rumıniya təmsilçisi “Hermanştadt”a 0:3 hesabıyla uduzmuşdu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: