Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Sumqayt” və “Sabah”ın 2-ci təsnifat mərhələsindəki rəqibləri bu gün bəlli olacaq.
Arena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutacaq püşkatma mərasiminə Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.
UEFA püşkdən öncə komandaları qruplara bölüb. Azərbaycan təmsilçiləri “Sabah”la “Sumqayıt”, həmçinin Avropa Liqasında oynayacaq “Zirə”nin də mümkün rəqiblərinin sayı azalıb.
2-ci qrupda səpələnməmiş olan Sumqayıtın eyniadlı klubunu beş variant gözləyir. “Başakşəhər” (Türkiyə), “Hapoel” (Beer Şeva, İsrail), “Omoniya” (Kipr), “Fehervar” (Macarıstan) və “Sankt Qallen” (İsveçrə) təmsilçimizin rəqibləridir.
“Şerif” – “Zirə” cütünün məğlubu 5-ci qrupda səpələnməmişdir. Bu cütdə uduzan komandanı 5 variant gözləyir: “Vaasa” (Finlandiya) – “Jalgiris” (Litva) cütünün qalibi, “Riqa” (Latviya), “Olimpiya” (Lyublyana, Sloveniya), “Dunayska Streda” (Slovakiya), “Banik” (Çexiya).
Sonuncu – 9-cu qrupa düşən “Sabah”ın 4 mümkün rəqibi var. Səpələnməmiş olan Bakı təmsilçisi “Makkabi” (Hapoel, İsrail), “Astana” (Qazaxıstan), AEK (Larnaka, Kipr) klubları və ya “Marsakloks” (Malta) – “Partizani” (Albaniya) cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 25-də, cabab görüşləri isə avqustun 1-də baş tutacaq.


