Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) növbəti – 2023/2024 mövsümünün püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, püşk nəticəsində yeni mövsümün ilk turunda hansı komandaların kiminlə üz-üzə gələcəyinə aydınlıq gəlib.
Son çempion “Qalatasaray” səfərdə “Kayserispor”la qarşılaşacaq. “Beşiktaş” da yeni mövsümə “Fatih Karagümrük”ə qarşı səfər oyunu ilə start verəcək. “Fənərbaxça” isə startda “Qaziantep”i qəbul edəcək. “Trabzonspor” da doğma meydanda “Antalyaspor”u sınağa çəkəcək.
Xatırladaq ki, Türkiyə çempionatında yeni mövsümə avqustun 11-də start veriləcək. İlk turun oyunları ayın 14-də yekunlaşacaq. Mövsümün ilk dövrəsinə isə 23-25 dekabr aralığında keçiriləcək 18 turun oyunları ilə yekun vurulacaq. İkinci dövrə 5-8 yanvar (2024) aralığında baş tutacaq 19-cu turun görüşləri ilə start veriləcək. İlk dövrədə 18, ikinci dövrədə 20 tur olacaq. 2023/2024 mövsümünə gələn il 19 mayda yekun vurulacaq.
Türkiyə, Super Liqa
1-ci tur
Adana Dəmirspor – Rizəspor
Sivasspor – Samsunspor
Pendikspor – Hatayspor
Kasımpaşa – Ankaragücü
Konyaspor – İstanbulspor
Alanyaspor – Başakşəhər
Fənərbaxça – Qaziantep
Fatih Karagümrük – Beşiktaş
Kayserispor – Qalatasaray
Trabzonspor – Antalyaspor


