Super Liqa: “Beşiktaş” “Başakşəhər”ə evdə uduzdu

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 31-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Bodrumspor” – “Antalyaspor” matçında qapılara qol vurulmayıb. “Konyaspor” “Göztəpə” ilə ev oyununda 3 xalı tək qolla qazanıb. “Beşiktaş” isə doğma meydanda “Başakşəhər”ə 2 cavabsız qolla uduzub.

31-ci turun qalan görüşləri aprelin 13-də və 14-də keçiriləcək.

Türkiyə, Super Liqa
31-ci tur

11 aprel

Samsunspor – Qalatasaray 0:2
Qollar: Y.Akgün, 14. Osimhen, 46.

12 aprel

Konyaspor – Göztəpə 1:0
Qol: Kramer, 24.

Beşiktaş – Başakşəhər 0:2
Qollar: Y.Sarı, 62; 76.

Bodrumspor – Antalyaspor 0:0

13 aprel

17:00. Qaziantep – Hatayspor
17:00. Kayserispor – Kasımpaşa
20:00. Sivasspor – Fənərbağça
20:00. Trabzonspor – Rizəspor

14 aprel

21:00. Eyüpspor – Adana Dəmirspor

Xəbəri sosial şəbəkələrdə paylaş: