Super Liqa: İkardi “Trabzonspor”u təkbaşına yendi

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 2-ci turunun oyunları keçirilir.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.

“Rizəspor” – “Alanyaspor” və “Hataspor” – “Kasımpaşa” matçlarında qapılara qol vurulmayıb.

Son çempion “Qalatasaray” isə doğma meydanda “Tabzonspor”la qarşılaşıb. Turun mərkəzi görüşü İstanbul təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb.

Türkiyə, Super Liqa
2-ci tur
18 avqust

Antalyaspor – Konyaspor 1:1
Qollar: G.Vural, 87 – Çikalleşi, 60.

İstanbulspor – Kayserispor 1:1
Qollar: İ.Yılmaz, 81 – Tiam, 77.

19 avqust

Rizəspor – Alanyaspor 0:0

Hataspor – Kasımpaşa 0:0

Qalatasaray – Tabzonspor 2:0
Qollar: İkardi, 23; 90+2.

20 avqust

20:15. Başakşəhər – Fatih Karagümrük
22:45. Beşiktaş – Pendikspor
22:45. Qaziantep – Sivasspor

21 avqust

22:00. Ankarücü – Adana Dəmirspor
22:00. Samsunspor – Fənərbaxça

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: