Bu gün keçirilmiş oyunla futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 6-cı turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Turun açılış oyununda “Kasımpaşa” doğma meydanda “Konyaspor”la üz-üzə gəlib. Komandalar yekunda meydanı qolsuz tərk ediblər.
Qeyd edək ki, 6-cı turun qalan görüşləri sentyabrın 19-da və 20-də keçiriləcək. Bu turdan sonra Super Liqada milli komandaların oyunları ilə əlaqədar fasilə yaranacaq.
Türkiyə, Super Liqa
6-cı tur
18 sentyabr
Kasımpaşa – Konyaspor 0:0
19 sentyabr
18:00. Çorum – Alanyaspor
18:00. Kocaelispor – Qaziantep
21:00. Başakşəhər – Gənclərbirliyi
21:00. Trabzonspor – Qalatasaray
20 sentyabr
18:00. Ərzurumspor – Samsunspor
18:00. Fənərbağça – Eyüpspor
21:00. Amedspor – Beşiktaş
21:00. Göztəpə – Rizəspor


