Super Liqa: “Kayserispor” Adanada inamlı qələbəyə sevindi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 30-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Adana Dəmirspor” doğma meydanda “Kayserispor”la qarşılaşıb. Qonaqlar bu oyundan inamlı qələbə ilə ayrılıblar.

Turun qalan görüşləri 5-7 aprel aralığında keçiriləcək.

Türkiyə, Super Liqa
30-cu tur
4 aprel

Adana Dəmirspor – Kayserispor 0:2
Qollar: K.Yılmaz, 10. Bahoken, 52.

5 aprel

14:30. Rizəspor – Sivasspor
17:00. Başakşəhər – Konyaspor
20:00. Antalyaspor – Samsunspor

6 aprel

14:30. Alanyaspor – Bodrumspor
17:00. Hatayspor – Eyüpspor
20:00. Fənərbağça – Trabzonspor

7 aprel

21:00. Göztəpə – Qaziantep
21:00. Kasımpaşa – Beşiktaş

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: