Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 3-cü turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Konyaspor” doğma meydanda “Qaziantep”lə qarşılaşıb. Meydan sahibləri bu görüşdə inamlı qələbəyə seviniblər.
Turun qalan oyunları şənbə və bazar günlərinə təsadüf edəcək.
3-cü turun “İstanbulspor” – “Qalatasaray”, “Fənərbaxça” – “Başakşəhər” və “Adana Dəmirspor” – “Beşiktaş” oyunları təxirə salınıb. Buna Türkiyəni avrokuboklarda təmsil edən komandaların qitə miqyaslı görüşlərə daha yaxşı hazırlaşmaq istəməsi səbəb göstərilib.
Türkiyə, Super Liqa
3-cü tur
25 avqust
Konyaspor – Qaziantep 2:0
Qollar: Gilyerme, 69. Muriç, 90+5.
26 avqust
20:15. Kasımpaşa – Pendikspor
20:15. Trabzonspor – Rizəspor
22:45. Sivasspor – Antalyaspor
27 avqust
20:15. Fatih Karagümrük – Ankaragücü
20:15. Kayserispor – Samsunspor
22:45. Alanyaspor – Hatayspor


