Super Liqa: “Qalatasaray” yeni mövsümə heç-heçə ilə başladı

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 1-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Kasımpaşa” – “Ankaragücü” matçı meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Super Liqanın debütantı “Pendikspor” elitadakı ilk matçında doğma meydanda “Hatayspor”a böyük hesabla uduzub.

“Konyaspor” – “İstanbulspor” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Son çempion “Qalatasaray” isə səfərdə “Kayserispor”la qarşılaşıb. İstanbul nəhəngi yeni mövsümə 1 xalla başlayıb.

Xatırladaq ki, ilk turun qalan oyunları 13 və 14 avqustda keçiriləcək.

Türkiyə, Super Liqa
1-ci tur
11 avqust

Trabzonspor – Antalyaspor 1:0
Qol: Densvil, 8.

12 avqust

Kasımpaşa – Ankaragücü 3:2
Qollar: A.Kara, 30. M.Fall, 69. B.Uanes, 90+3 – E.Bəkiroğlu, 73. R.Cephas, 78.

Konyaspor – İstanbulspor 1:1
Qollar: Çikalleşi, 86 – İ.Yılmaz, 6.

Kayserispor – Qalatasaray 0:0

Pendikspor – Hatayspor 1:5
Qollar: Turam, 90+3 – Strandberq, 3. G.Sağlam, 23. B.Yıldırım, 46. Dele-Başiru, 57; 85.

13 avqust

20:15. Sivasspor – Samsunspor
22:45. Adana Dəmirspor – Rizəspor
22:45. Fənərbaxça – Qaziantep

14 avqust

22:00. Alanyaspor – Başakşəhər
22:00. Fatih Karagümrük – Beşiktaş

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: