Super Liqada ilk derbi: “Beşiktaş” “Qalatasaray”a qalib gəldi

Futbol üzrə Türkiyə Super Liqasında 10-cu tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun mərkəzi görüşündə son çempion “Beşiktaş” doğma meydanda “Qalatasaray”la qarşılaşıb. Üç qolun qeydə alındığı İstanbul derbisi meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Qeyd edək ki, bu, Türkiyə çempionatındakı üç böyük klubun iştirakı ilə baş tutan ilk İstanbul derbisi idi.

Türkiyə Super Liqası
10-cu tur
22 oktyabr

Yeni Malatyaspor – Altay 2:1
Qol: Tette, 57. A.Böyük, 68-pen – Bamba, 84-pen.

23 oktyabr

Rizəspor – Kasımpaşa 2:1
Qol: C.Sertel, 11. S.Ay, 90+11 – U.Bozok, 62-pen.

Qaziantep – Girəsunspor 1:1
Qol: A.Peres, 90+2-öz qapısına – Serjinyo, 78.

Konyaspor – Kayserispor 2:0
Qol: S.Gürler, 8. Hacıahmetoviç, 45+1.

Göztəpə – Trabzonspor 0:1
Qol: Jervinyo, 56.

24 oktyabr

Fatih Karagümrük – Hatayspor 1:1
Qol: Peşiç, 38 – El Kaabi, 30.

Antalyaspor – Başakşəhər 1:2
Qol: Qaça, 90+5 – B.Özcan, 32; 56.

Sivasspor – Adana Dəmirspor 1:1
Qol: Qradel, 7 – Balotelli, 90+8-pen.

Fənərbaxça – Alanyaspor 1:2
Qol: S.Dursun, 80 – E.Akbaba, 75. E.Bəkiroğlu, 90+3.

25 oktyabr

Beşiktaş – Qalatasaray 2:1
Qol: Larin, 39; 64 – Çikaldau, 35.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: