Taekvondo üzrə həm kişilərdən, həm də qadınlardan ibarət Azərbaycan milli komandalarında yeni təyinatlar olub.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, kişilərdən ibarət milli komandaya yeni böyük məşqçi təyin olunub. Təyinata əsasən, yığma komandanın böyük məşqçisi vəzifəsi Elnur Amanova həvalə edilib.
Qadınlardan ibarət milli komandaya da yeni böyük məşqçi təyin olunub. Təyinata əsasən, yığmamızın böyük məşqçisi vəzifəsinə koreyalı mütəxəssis Seulbi Li gətirilib.
Bu gün Azərbaycan Taekvondo Federasiyasının Hakimlər komitəsinə də yeni sədr müavini təyin edilib. Təyinata əsasən, həmin vəzifəni beynəlxalq dərəcəli hakim Aygül Abdullayeva yerinə yetirəcək.


