Taekvondo millimizin 4 üzvü üçün Avstriya sınağı

Aprelin 1-də İnsbruk şəhərində taekvondo üzrə açıq Avstriya çempionatı start götürəcək. Arena.az xəbər verir ki, iki gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.

Ölkəmiz G1 kateqoriyalı beynəlxalq yarışda taekvondo yığmamızın böyük məşqçisi Elnur Amanovun rəhbərliyi altında 4 taekvondoçu ilə təmsil olunacaq. Yığma üzvlərindən açıq Avstriya çempionatında Qaşım Maqomedov (63 kq), Cavad Ağayev (74 kq), Eltac Qafarov (80 kq) və Taleh Süleymanov (87 kq) qüvvəsini sınayacaqlar.

Xatırladaq ki, bu gün İnsbruka yollanan komandamızın üzvləri aprelin 3-də Bakıya qayıdacaqlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: