Taekvondo yığmamız lisenziya turnirinə yollandı

Taekvondo üzrə Azərbaycan milli komandası Bolqarısatana yollanıb.

Arena.az xəbər verir ki, komandamız Sofiya şəhərində təşkil olunan Yay Olimpiya Oyunlarna lisenziya xarakteli Avropa təsnifat turnirinə üç idmançı ilə qatılacaq.

Kişilər arasında 80 kq yuxarı çəki dərəcəsində Radik İsayev, qadınlardan isə Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) lisenziya uğrunda mübarizə aparacaq.

Baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərlik etdiyi millinin iştirak edəcəyi yarışlar 7-8 may tarixlərində keçiriləcək.

Xatırladaq ki, kişi taekvondoçumuz Milad Beigi Hərçəqani artıq Olimpiya Oyunlarına lisenziyanı təmin edib.

Mayın 9-da isə para-taekvondo üzrə Olimpiya Oyunlarına lisenziya xarakteli Avropa təsnifat turnirinə start veriləcək. Bu yarışmada isə iki kişi və iki qadın parataekvondoçumuz lisenziya uğrunda döyüşlərə qatılacaq. Bu turnirdə İmaməddin Xəlilov (K-44 61 kq), Əbülfəz Abuzərli (K-44 75 kq), qadınlardan Fətəliyeva Röyalə (K-44 49 kq) və Aynur Məmmədova (K-44 58 kq yuxarı) mübarizə şansı qazanıb. Mayın 6-da Bolqarıstana yollanacaq komandamıza baş məşqçi Fərid Tağızadə ilə böyük məşqçi Yaşar Səfərov rəhbərlik edəcək.

Qeyd edək ki, federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev də komanda ilə birlikdə Sofiya şəhərinə yollanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: