Mayın 9-da Serbiyanın paytaxtı Belqrad şəhərində böyüklər arasında taekvondo üzrə Avropa çempionatı start götürəcək.
Arena.az xəbər verir ki, 4 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.
Kişilərdən ibarət yığmamız Avropa çempionatına 8 taekvondoçu ilə yollanıb. Baş məşqçi Məmməd Abdullayev və Elnur Amanov yarışda bu idmançılarımıza şans verəcək:
Səyyad Dadaşov (54 kq)
Qaşim Maqomedov (58 kq)
Riyad Şirəliyev (63 kq)
Yaşar Məmmədli (68 kq)
Cavad Ağayev (74 kq)
Eltac Qafarov (80 kq)
Taleh Süleymanov (87 kq)
Hamidreza Badrialiabadiyə (+87 kq)
Qadınlardan ibarət yığmanın baş məşqçisi Sun Mi Parkla böyük məşqçi Seul Bi Li isə çempionatda 4 taekvondoçuya şans verəcək:
Zemfira Həsənzadə (46 kq)
Məryəm Məmmədova (49 kq)
Nigar Abdullayeva (53 kq)
Leyla Bəşirovanı (57 kq)
Yarışda beynəlxalq dərəcəli hakimimiz Aygül Abdullayeva referilər sırasında yer alacaq.
Bu gün səfərə yollanan komandaya rəhbərliyi isə Azərbaycan Taekvondo Federasiyasının Nəzarət-Təftiş komitəsinin sədri Anar Surxayzadə edəcək.