“Qarabağ”ın prezidenti, “Azərsun Holdinq”in rəhbəri Tahir Gözəl “Azərbaycan Sənaye Bankı” ASC-nin Müşahidə Şurasının sədri seçilib.
Arena.az xəbər verir ki, o, bu vəzifədə Əhməd Abdolbari oğlu Gözəli əvəz edib.
Əhməd Gözəl 2022-ci ildən “Azərbaycan Sənaye Bankı”nın Müşahidə Şurasına rəhbərlik edirdi. O, Tahir bəyin doğma qardaşıdır.
Müşahidə Şurasının digər üzvləri Alireza Ziyad oğlu Firuzi Heydaranlou və Şirin Hakan Alidir.
Qeyd edək ki, Tahir Gözəl 2026-cı ilin aprelində “Azersun Holdinq”in Müşahidə Şurasının sədri seçilib. O, həmçinin “Qarabağ” Futbol Klubunun prezidentidir.
“Azərbaycan Sənaye Bankı”nın nizamnamə kapitalı 60 milyon manatdır. Bankın əsas səhmdarı 98,43 faiz payla “Anadolu Investment Company” MMC-dir.


