Tayyip Talha Sanuç “Beşiktaş”ı tərk etdi – “Rizəspor”a görə

Türkiyə millisinin və “Beşiktaş” klubunun mərkəz müdafiəçisi Tayyip Talha Sanuç bundan sonra “Rizəspor”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə “qara qartallar”ın mətbuat xidmətinə istinadən xəbər verir.

İstanbul təmsilçisi 26 yaşlı futbolçusunun Rizə klubuna transfer olunduğunu bəyan edib. Transferin maliyyə detalları açıqlanmır. Müdafiəçi yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

Xatırladaq ki, Tayyip Talha Sanuç 2022-ci ilin sentyabr ayında “Adana Dəmirspor”dan 1,5 milyon avro qarşılığında “Beşiktaş”a transfer olunmuşdu. Müdafiəçi bu komandanın heyətində bütövlükdə 52 oyuna çıxıb, 2 qol vurub.

Türkiyəli futbolçu ötən mövsümü “Qaziantep”də icarədə keçirmişdi.

Tayyip daha öncə “Adana Dəmirspor” və “Karabükspor”un da formasını geyinib. Mərkəz müdafiəçisi Türkiyə milli komandasında da 1 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: