Ten Haq “Bayern”in sirrini açdı

Bir vaxtlar “Bayern”in ehtiyat komandasını çalışdırmış holland məşqçi Erik ten Haq Münhen təmsilçisinin builki çempionluq sirrini açıb.

Arena.az xəbər verir ki, hazırda İngiltərənin “Mançester Yunayted” komandasının baş məşqçisi olan Ten Haq, “Bayern”in mütəmadi olaraq çempionluğu qazanmasındakı sirri, münhenlilər üçün komandadan vacib heç nə olmadığı amili ilə əlaqələndirir və buna inanır:

“Nə üçün Münhen “Bayern”i həmişə çempion olur? Çünki onlar qələbəyə inanırlar. Bu, Mannschaft (almanca), komandadır. Onlar üçün komandadan vacib heç nə yoxdur. Onlar davamlıdırlar, uğursuzluqların öhdəsindən gəlirlər və sonacan mübarizə aparırlar”.

Xatırladaq ki, “Bayern” cari mövsümdə ardıcıl 11-ci dəfə Almaniya çempionluğunu qazanıb. Düzdür, uğur Münhen klubunun üzünə sonuncu turun son dəqiqələrdə lider Dortmund “Bosussiya”sının büdrəməsi ilə gülüb, ancaq fakt, faktlığında qalır.