Futbol üzrə Belçika millisinin yarımmüdafiəçisi Yuri Tilemans DÇ-2026-da dünya çempionatları tarixinə düşən rekorda imza atıb.
Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu mundial tarixində vurulan ən gec qolun müəllifi olub.
Tilemans bu uğura DÇ-2026-nın 1/16 finalında Seneqal yığmasına qarşı keçirdikləri dramatik görüşdə nail olub. Əlavə vaxtın son anlarında təyin olunmuş penaltini dəqiq yerinə yetirmiş yarımmüdafiəçi topu qapıdan 124-cü dəqiqə 44-cü saniyədə keçirib.
Bu qol həm qarşılaşmanın, həm də Belçikanın 3:2 hesablı əzmkar qələbəsinin taleyini həll edib. Belçikalılar görüşün 86-cı dəqiqəsinədək 0:2 hesabı ilə geridə olsalar da, inanılmaz geridönüş edərək 1/8 finala yüksəliblər.
Qeyd edək ki, Belçika millisi növbəti mərhələdə ABŞ – Bosniya və Herseqovina cütünün qalibi ilə qarşılaşacaq.


