Timoteuş Puxaç yenidən Polşa millisində! – 2 illik həsrət bitdi

“Sabah”ın sol cinah müdafiəçisi Timoteuş Puxaç UEFA Millətlər Liqasının qarşıdakı oyunları üçün Polşa millisinə çağırılıb.

Arena.az xəbər verir ki, bu barədə Polşa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Millinin baş məşqçisi Yan Urban 27 yaşlı futbolçunun adını sentyabr-oktyabr toplanışı üçün açıqladığı heyətə daxil edib.

Bununla da, Puxaç təxminən iki illik fasilədən sonra Polşa millisinin heyətinə qayıdıb. O, sonuncu dəfə 2024-cü il noyabrın 18-də millidə oynayıb. Puxaçın debütü isə 2021-ci il iyunun 1-də Rusiya ilə yoxlama görüşündə (1:1) gerçəkləşib. Müdafiəçi ölkəsinin yığmasında 15 oyun keçirib, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Polşa millisi qarşıdakı toplanış çərçivəsində UEFA Millətlər Liqasında 4 oyun keçirəcək. Sentyabrın 25-də Bosniya və Herseqovinanı qəbul edəcək komanda sentyabrın 28-də səfərdə İsveçlə, oktyabrın 2-də evdə Rumıniya ilə qarşılaşacaq. Oktyabrın 5-də isə Bosniya və Herseqovina ilə səfər oyunu baş tutacaq.

Xatırladaq ki, Timoteuş Puxaç 2025-ci ilin yayından “Sabah”ın uğurları üçün çalışır. O, indiyə qədər paytaxt klubunun heyətində 46 oyuna çıxıb, 2 qol vurub, 17 məhsuldar ötürmə verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: