Tokio-2020 Yay Olimpiya Oyunlarında badminton yarışları davam edir. Arena.az xəbər verir ki, bu gün Azərbaycanı Olimpiadada təmsil edən İndoneziya əsilli Edi Reski Dviçayo növbəti görüşünə çıxıb.
L qrupunda yer alan idmançı ikinci qarşılaşmada danimarkalı Anders Antonsenlə üz-üzə gəlib. Rəqibinə 0:2 hesabı ilə uduzan Dviçayo Olimpiada ilə vidalaşıb. Bununla da Tokio-2020-də mübarizəni dayandıran Azərbaycan təmsilçilərinin sayı 19-a çatıb.
Xatırladaq ki, 23 yaşlı idmançı ötən gün vyetnamlı Tyen Min Nquenlə qarşılaşmış və 2:0 hesablı qələbə qazanmışdı. Qrupu lider kimi tamamlayan badmintonçu növbəti mərhələyə adlayacaqdı.
Tokio-2020 Yay Olimpiya Oyunları avqustun 8-nə qədər davam edəcək.