Tokio-2020 Yay Olimpiya Oyunlarında stend acıtılığı yarışlarına start verilib. Arena.az xəbər verir ki, Azərbaycanı Olimpiadada təmsil edən daha bir idmançımız mübarizəyə qoşulub.
Stend atıcımız Emin Cəfərov dəqiqliyini yoxlamağa çalışıb. İdmançımız ilk raundda 25, ikinci raundda isə 23 xal toplayıb. Cəfərov üçüncü raundda aktivinə daha 23 xal yazdırıb. O, ilk 3 raundun nəticəsinə əsasən 71 xalla 24-cü pillədə qərarlaşıb.
İkinci yarış günündə təsnifat mərhələsinin daha iki raundu baş tutub. Cəfərov 4-cü raundda 22 xal toplayıb. Sonuncu raundda 23 xal toplamış təmsilçimiz, yekunda 116 xalla 30 idmançı arasında 26-cı olub. İlk 6 yerin sahibi finala vəsiqə qazandığı üçün, Azərbaycan təmsilçisi Olimpiada ilə vidalaşmaq məcburiyyətində qalıb.
Tokio-2020 Yay Olimpiya Oyunları avqustun 8-nə qədər davam edəcək.


