Tokio-2020: Firdovsi Fərzəliyev də medalsız qayıdır

Tokio-2020 Yay Olimpiya Oyunlarında karate üzrə yarışlara start verilib. Arena.az xəbər verir ki, Azərbaycan karateçisi Firdovsi Fərzəliyev də Olimpiadada mübarizəyə başlayıb.

67 kq çəki dərəcəsində çıxış edən idmançı A qrupundakı ilk döyüşündə Türkiyə təmsilçisi Eray Şamdanla üz-üzə gəlib. Fərzəliyev 1:7 hesabı ilə məğlub olub. Karateçi növbəti görüşünü Naoto Saqoya (Yaponiya) qarşı keçirib və 1:0 hesabıyla qalib gəlib. Karateçimiz üçüncü görüşündə Qazaxıstan təmsilçisi Darxan Assadılova 2:6 hesabı ilə uduzub. Qrupun sonuncu duelində Əli Elsavi (Misir) ilə qarşılaşan təmsilçimiz 0:1 uduzub.

A və B qruplarında ilk iki yeri tutan idmançılar yarımfinala yüksəldiyi üçün, Fərzəliyev medal şansını itirib və qrupda qalıb.

Tokio-2020 Yay Olimpiya Oyunları avqustun 8-nə qədər davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: