Tokio-2020 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. Arena.az xəbər verir ki, avqustun 3-də daha 3 çəki üzrə mübarizəyə start verilib.
Bu gün Azərbaycanın da bir güləşçisi mübarizəyə qoşulub. Yunan-Roma güləşçimiz İslam Abbasov (87 kq) ilk mərhələdə kubalı Daniel Heçavarria ilə qarşılaşıb. O, rəqibinə 1:3 hesabıyla məğlub olub.
Daniel Heçavarria növbəti raundda Məhəmməd Metvalliyə (Misir) məğlub olub. Bu üzdən də Abbasov təsəlliverici görüşə qatılmaq şansından da məhrum olub. Bununla da o, Olimpiadada mübarizəni erkən dayandırıb.
Tokio-2020 Yay Olimpiya Oyunları avqustun 8-nə qədər davam edəcək.


